dini radikalizm və ekstremizmlə mübarizə

İdris Babayevin söz xəzinəsindən


DE NECƏ SEVMƏYİM BELƏ GÖZƏLI?
...
Əyninə don geyib, rəngi sapsarı.
Kipriyi qaşından qalxıb yuxarı.
Ox olub qəlbimi bölübdü yarı.
De necə sevməyim , belə gözəli.?
*
Danışır dodagı heç tərpənməyir.
Güləndə sinəsi tir- tir titrəyir.
Yanımdan ötəndə ùrəyim əsir.
De necə sevməyim belə gözəli?
*
Yandırıır qəlbimi işvəsi, nazı,
Çatmır sinəsində, sədəfli sazı.
Zülfü xatırladır Kürü, Arazı.
De necə sevməyim , belə gözəli?
*
Leylidən alıbdır, elə bil dərsi,
Məcnun tək çöllərə salıb Idrisi.
Görsə utanacaq sular Pərisi,
De necə sevməyim belə gözəli?

AY YAŞIL KƏRTƏNKƏLƏ.
...
Tüpürdülər üzünə abır həyan olmadı,
Çoxu sənin verdiyin salamı da almadı,
Satmadığın bir adam bu mahalda qalmadı,
Çətin ki, bundan sonra, başına ağıl gələ,
İlana zəhər verən, ay yaşıl kərtənkələ.
....
Xeyirxah birin gördün, gecə yata bilmirsən,
Hey qaçırsan dalımca, ancaq çata bilmirsən,
O qədər günahın var, daha darta bilmirsən,
Görməmişdim şeytanı, insan cildində belə,
İlana zəhər verən, ay yaşıl kərtənkələ.
....
Lənətləyir bu mahal, səntək ara qatanı,
Dostunu beş qəpiyə, düşməninə satanı,
Puldan ötrü , ay ləin, satdın doğma atanı,
Sənin kimi oğulu, mən özüm verim selə,
İlana zəhər verən, ay yaşıl kərtənkələ.
......
Kim ki tanımır səni, elə bilir mələksən,
Tanıyanlar bilir ki, başdan-başa kələksən,
Ümid elədım bəlkə, sonda düzələcəksən,
Ömrün yetişir sona, düzəlməyibsən hələ,
İlana zəhər verən, ay yaşıl kərtənkələ.
.....
İlan özü qalıbdır sənin gücünə məəttəl,
''Zəhəri'' çatdırırsan, yerindəcə, əlbəəl,
Xeyir işdə olan tək,
olmadın şərdə tənbəl,
Cəhənnəmdə gözləyir, səni vəhşət, zəlzələ,
İlana zəhər verən, ay yaşıl kərtənkələ.
......
İdrisəm dediyim söz, deyilməyib bil, hədər,
Aparsa da özümü, əcəl ya qəza, qədər,
Yaşayacaq sözlərim, vardır dünya nə qədər,
Ha çalışdın düşmədim, yüz dəfə qurdun tələ,
İlana zəhər verən, ay yaşıl kərtənkələ.

ALASAN.
Baxasan, gözündən qığılcım çıxa,
Mərd görəndə qadasını alasan.
Çəkib namərdləri tarım, çarmıxa,
Oxxay deyib qisasını alasan.
....
Basasan bağrına "məhbus" dağları,
Göz yaşın suvara susuz bağları.
Öpüb oxşayasan buz bulaqları.
Damla- damla şəfasını alasan.
.....
Bu nə xəyal ola, nə də ki yuxu,
Tökülə gözündən qəzəb, kin, qorxu,
Düşmənin bağrına saplayıb oxu,
Xalqın , elin duasını alasan.
....
Gəzəsən at üstə təpəni, dağı.
Sancasan Qalanın üstə bayrağı,
Azad eyləyəsən can Qarabağı,
Sonda gedib Şuşasını alasan.
...
Xəbər çata Yardımlıya, Lerikə.
Şəhidlərin ruhu gələ təbrikə.
Ay İdris, çox gözəl yola göz dikə.
Sən qayıdıb Sonasını alasan..

GÖRMƏK İSTƏRƏM
...
Anacan gözündə uşaq olsam da,
Vətən keşiyində duran əsgərəm.
Min bir dərd içində, bir xoş gün tapıb,
Həmin gün tək səni görmək istərəm.
....
Sevincim kədəri qoy yarı bölsün.
Sən gül, baxıb sənə dünya da gülsün.
Solğun dodağında görüb təbəssüm,
Qoşulub mən sənə gülmək istərəm.
...
Sarılıb körpətək sənin boynuna,
Duyub nəfəsini dönərəm muma.
Qısılıb yenə də isti qoynuna,
Ağappağ telini hörmək istərəm.
....
Sinəmdə bilinmir ''dağ''ların sayı,
Yuxuda görürəm, hərdən o tayı,
Ovcuma Günəşi, köksümə Ayı,
Sıxıb yanındaca ölmək istərəm.
......
İdrisəm,sənsizlik dərddi canıma.
Dözməyib zamanın bircə anına.
Gəlib həmişəlik sənin yanına,
Dərdimi səninlə bölmək istərəm.

NEYLƏYİM
...
Gözüm yolda, yol gözlədim neçə gün.
Qəlbimə daş basammadım neyləyim.
Xəyallarım sənsiz gəzdi didərgin.
Bu həsrətdən qaçammadım neyləyim.
....
Elə bilmə təkcə mənəm günahkar.
Məndə birdi, səndə isə mini var.
Ayrılığa hər ikimiz səbəbkar.
Mələk olub uçammadım neyləyim.
.....
Ovqatıma zəhər qatdın, dadı bal.
Üz turşutdun, mənası get, adı qal.
Tərs baxışın şiddəti düz yeddi bal.
Baxışından keçəmmədim, neyləyim.
....
Az da olsa günahım var, əlbəttə.
Sən yer saxla öz yanında- cənnətdə,
Şam qədəri nura dönüm zülmətdə,
Günəş olub saçammadım neyləyim.
...
Tüş olubdu İdris hər vaxt qınağa.
Sinə gərib imtahana, sınağa.
Mən nökərəm, gəl eşqimə ol ağa.
Başqasını seçəmmədim neyləyim.

GEDƏ YASXANA QURA
....
Öyrəşibdir bu ''kişi'' yeddi gün ehsan yeməyə,
Eşidəndə sevinir ''kimsə ölübdür'' xəbərin.
Vay odu dəvət ala ailəvi toyxanəyə,
Görəcəksən ''kişinin", üzündə aydın kədərin..)
......
Sutkanın dörddə üçün yatmadadır, yoxdur işi,
Olmasa evdə çörək, heç vecə almaz bu ''kişi''.
Hələ yoxdur xəbəri, gəlib ''işıq'' bildirişi.
Yoxsa da qatmış idi göz yaşına, ''alın tərin''.
.....
Haranın daşın salım mən başıma-- deyir qarı,
Gündə düz on iki yol qaynadıram samovarı,
Ölən də yoxdu daha düz iki aydan yuxarı,
Gedə yasxana qura, yeyə dörd-beş qab ''zəhərin''.

İdris Babayev

Oxunub: 1 236
Oxşar xəbərlər
SON XƏBƏRLƏR