dini radikalizm və ekstremizmlə mübarizə

“Ədəbiyyat adamı-2018” in mükafatlandırma mərasimi keçirilib

“Ədəbiyyat adamı-2018” in mükafatlandırma mərasimi keçirilib

Tədbirdə fondun rəhbərliyi, üzvləri, mükafatçılar, tanınmış ədəbiyyat adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun sədri, yazıçı Kamal Abdulla Yaradıcılıq Fondu və layihə haqqında geniş məlumat verib. Bildirib ki, fond keçmiş Mədəniyyət Fondunun gördüyü işləri, layihələri, mükafatları yenidən həyata keçirməklə, ədəbiyyatın, incəsənətin inkişafına öz töhfəsini vermək məqsədini qarşısına qoyub. “Ədəbiyyat adamı” layihəsi də bu işlərin bir parçasıdır: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu iki özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək.

Bəs niyə Ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə Ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşakarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Mükafatın qalibləri tamamilə subyektiv meyarlar əsasında seçilib. Bu mükafatın unikallığı ondadır ki, burda konkurentlər yoxdur”.

Sədr qeyd edib ki, gələcəkdə “Ədəbiyyat adamı”nın yalnız ədəbiyyatşünaslar deyil, eləcə də yaxşı oxucular arasından seçilməsi istisna edilmir.

Şair, tərcüməçi, fondun aparat rəhbəri Qismət Rüstəmov çıxışında qeyd edib ki,“Ədəbiyyat adamı” layihəsi yalnız bu mükafatla yekunlaşmır. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.

Daha sonra mükafat sahiblərinə təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Elnarə Akimova, professor Şirindil Alışanlı layiq görülüblər.

Mükafatçılar Kamal Abdulla başda olmaqla, Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyinə, layihənin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Yaradıcılıq Fondunun ədəbiyyata hər zaman qayğıyla yanaşdığını deyən E.Akimova bu mükafatın onun yaradıcılığında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ona və qələm yoldaşlarına göstərilən bu diqqətdən məmnunluğunu ifadə edən S.Hüseynli çıxışında özünün tələbəlik illərini və ədəbiyyata münasibətində Kamal Abdullanın ədəbi fikirlərinin, kitablarının rolundan bəhs edib: “Mənim ədəbiyyata meyillənməyimdə 1980-ci illərdə televiziyadakı silsilə ədəbi verilişlərin, orada qonaq kimi çıxış edən Kamal Abdulla da daxil olmaqla ədəbiyyatda öz sözünü demiş ziyalılarımızın təsiri böyükdür. Tələbəlik illərimdə oxuduğum Kamal müəllimin “Yolun əvvəli və axırı” kitabı da mənim ədəbiyyata baxışımı müsbət mənada dəyişən bir kitab olmuşdu. Bütün bunların fonunda hesab edirəm ki, bu mükafat mənim bitməyən ədəbiyyat təhsilimə məzuniyyət sənədimdir”.

S.Babullaoğlu bu layihənin və mükafatın Azərbaycan ədəbiyyatının gələcək inkişafına önəmli təkan olacağına inandığını deyib.

N.Ədbülrəhmanlıya görə, “Ədəbiyyat adamı” yalnız fondun mükafatçıların deyil, bütün ədəbiyyatın uğurudur.

Ş.Alışanlı deyib ki, ədəbiyyatı dərk etmək üçün ədəbiyyatın içərisində olmaq lazımdır. Bu gün mükafatlandırılanlar da bilavasitə ədəbiyyatın içərisində olan şəxslərdir.

Daha sonra tədbir iştirakçılarından Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Kulis” onlayn ədəbiyyat dərgisinin baş redaktoru, yazıçı Şərif Ağayar, “Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu və başqaları çıxış edərək layihənin önəmindən söz açıb, mükafata layiq görülən hər bir ədəbiyyat adamının bu ada sözsüz layiq olduqlarını vurğulayaraq onları təbrik edib və uğurlar arzulayıblar.
“Ədəbiyyat adamı-2018” in mükafatlandırma mərasimi keçirilib
“Ədəbiyyat adamı-2018” in mükafatlandırma mərasimi keçirilib

Oxunub: 1 252
Oxşar xəbərlər
SON XƏBƏRLƏR