dini radikalizm və ekstremizmlə mübarizə

Məleykə Abbaszadə: "Çalışırıq ki, imtahanlarda rayonlararası gediş-gəliş azalsın"

Məleykə Abbaszadə: "Çalışırıq ki, imtahanlarda rayonlararası gediş-gəliş azalsın"

"Çalışırıq ki, imtahanlarda rayonlararası gediş-gəliş azalsın. Çünki əsas olan şagirdlərin və imtahan heyətinin sağlamlığıdır. İkinci prinsip ədalətlilik prinsipidir".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, nəzarətçiləri müəyyən treninqlərdən keçirəndə də bu məsələyə vicdanla yanaşan insanlar dəvət olunur.: "Hər il qiymətləndirmə aparılır, hansı nəzarətçilər köçürməyə imkan veribsə, cəzalandırılır. Nəzərə alsaq ki, bu il otaqda maksimum 15 nəfər olacaq, köçürmə halları fiziki olaraq azalmalıdır. Çünki imtahanda olan şərait buna imkan verməyəcək. İmtahan rəhbərləri də nəzarətçilərin işini izləyəcək. Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləri olurlar, istəsələr də köməklik göstərə bilməzlər. Burada bir məsələ də var ki, vətəndaş məsuliyyəti hamımızın məqsədidir. Nəzarətçilər də qaydalara vicdanla yanaşmalıdırlar".

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR