Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında tıxacların aradan qaldırılması üçün yeni avtomobil yolunun inşası sürətlə aparılır. Layihə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq nəzərdə tutulub.
Djb.az Bakuplus.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 3,9 kilometr uzunluğunda olan bu marşrut paytaxtın əsas nəqliyyat arteriyalarını bir-birinə bağlayacaq. Yol Heydər Əliyev və Ziya Bünyadov prospektlərində avtomobil sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq.
Tikinti çərçivəsində 5 yol qovşağı, 4 tunel və 3 yeraltı piyada keçidi inşa olunur. Hazırda ümumi işlərin 62,8 faizi tamamlanıb. Tunellər üzrə göstərici 66 faizi, piyada keçidlərində isə 82 faizi keçib. Kommunikasiya xətlərinin köçürülməsi də paralel olaraq davam etdirilir.1916:12
Oxunub: 0