Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Rövşən Əmircanovun həyat yoldaşı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb.
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib. Qadının sağ baldır sümükləri sınıb.
Faktla bağlı cinayət işi başlanıb və AAYDA-nın vəzifəli şəxsi məsuliyyətə cəlb edilib. Xətai Rayon Məhkəməsi ona bəraət versə də, Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib.
Ekspertiza hadisənin quyuda qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini müəyyənləşdirib. Nəticədə vəzifəli şəxs 2 000 manat cərimə olunub. /qaynarinfo.az/
Oxunub: 0