dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı

[img]https://nocomment.az/_next/image?url=%2Fcdn%2Fposts%2Fuploads%2F11e9f75486d2e5a5b12d00a6080599429cba059edc24d0c0c163a656c9e757dc-ait9cbaxwdfjtetnrqym1qsavgnuvmfvnxpavrtk-1200.jpg&w=640&q=75[/img]

Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.

Djb.az xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.

O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.

Qeyd edək ki, Ermənistan mətbuatının Berd rayonundakı mənbələrinə istinadən yaydığı məlumata görə, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığından qarşı tərəfə keçib və Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.\\oxu.az

Oxunub: 9
Oxşar xəbərlər
SON XƏBƏRLƏR