dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin tələbələri 1-ci yerə layiq görülüblər


Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin 2-ci kurs tələbələri Məryəm Vahabzadə, Gülnur Səmidzadə və İqtisadiyyat və menecment fakültəsinin 2-ci kurs tələbəsi Aidə Salehova 2026-cı il aprelin 28- də Azərbaycan Fransız Universitetində Frankofoniya Günləri çərçivəsində keçirilən tədbirdə iştirak ediblər.

Tələbələr tədbir boyu Fransanın mədəniyyəti və tarixi ilə bağlı sual-cavab mərhələsində bütün sualları düzgün cavablandıraraq, birinci yerə layiq görülüblər.

Qeyd edək ki, tələbələrə fransız dilini Xəzər Universitetinin müəllimi Lətafət Quliyeva tədris edir.

Oxunub: 4
Oxşar xəbərlər
SON XƏBƏRLƏR