dini radikalizm və ekstremizmlə mübarizə

Zibillikdən gözəlliyə doğru


Ulu əcdadlarımızın uzun illər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü nəsillərə ərməğan etdikləri Mingəçevir şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün belə demək mümkünsə, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həm Azərbaycanımıza, həm də Mingəçevir şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən ölkəmizə gələn, bu inkişafı, gözəlliyi görən insanların hamısı etiraf edir. Şəhərdə yeni parklar, xiyabanlar, salınır, yaxud köhnə parklar o qədər zövq və müasir üslubda yenidən qurulur ki. Bu gözəlliyi seyr edən şəhər sakinləri də “Bu parka gəlirik, dincəlirik və zövq alırıq” deyərək bildirdilər ki, şəhərin mənzərəli yerlərində dincəlir, heç olmasa bir neçə saat qayğıdan uzaq oluruq deyirlər.

Şəhərdə belə gözəl parklardan biri də A.Qurbani küçəsində bir vaxtlar zibilliklər içərisində batan istirahət parkıdır. Parkda dincələnlər hər gün parka istirahət etməyə gəlirik deyirlər. Onlar bildirdilər ki, öz gözəlliyi ilə sakinləri heyran edən bu istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri üzərinə toplayıb. Həmin ərazidə yaşayan sakinlər deyir ki,bu yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan təbiətdən zövq alır. Bu ərazi bir vaxtlar zibilliyin içərisində batıb gedirdi. İcra başçısı İlham İsmayılov bu parkı abadlaşdırıb biz sakinlərin ixtiyarına verdikdən sonra günümüzün çox hissəsini burada keçiririk.”
40 ildən artıq həmin küçədə yaşayan digər sakin Xatirə xanım burada vaxt keçirmək həm mənə, həm də nəvələrimə çox yaxşı təsir edir deyir. Burada əkilən güllərdən xüsusi zövq alıram. Şəhərin ən gözəl yeridir. Burada sakitlik hökm sürür və gözəlliyi ilə insanın zövqünü oxşayır. Biz ömrümüzün çox hissəsini sürmüşük, pis-yaxşı nə isə görmüşük. Bir vaxtlar televiziyalarda, kinolarda gördüyümüz gözəl-gözəl parklar bu gün doğma Mingəçevirimizdə istifadəyə verilir. Bu da onlardan biridir. Qoy, uşaqlar, gənclər istirahət edib dincəlsinlər. Bu parkı belə gözəl şəkildə yenidən qurub istifadəyə verənlərə təşəkkür düşür. Çox sağ olsunlar”.
Mingəçevir Yaşıllaşdırma Sanitar və Təmizlik idarəsinin işçisi,parkın sahə rəisi Vüsal Cəlilov deyir ki, hər gün bu ərazidə təmizlik,güllərə,çiçəklərə,ağaclara qulluq edilir,suvarılır. Biz buranı göz bəbəyimiz kimi qoruyuruq.
Mingəçevirə parklar və maraqlı kəşflər şəhəri desək yanılmarıq.Çünki hər şey göz önündədir.

Esmira Hidayətova,Mingəçevir.





Oxunub: 221
Oxşar xəbərlər
SON XƏBƏRLƏR