dini radikalizm və ekstremizmlə mübarizə

TANIYAQ, TANIDAQ — FÜZULİDƏN ZƏMİNƏ SƏFƏROVA

Füzuli torpağının yetirdiyi ziyalı qadınlardan biri də Zəminə Səfərova­dır. Zəminə xanım uzun illər ictimai və sosial sahədə fəaliyyət göstərib, qadınların, uşaqların, ailələrin, eləcə də məcburi köçkün və miqrantların qarşılaşdığı problemlərlə bağlı müxtəlif layihə və tədbirlərdə iştirak edib.
O, sosioloq kimi sosial məsələlərin araşdırılmasına və cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirib. 2022-ci ildə Azərbaycan Universitetində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi, sosioloq kimi çıxış edib. Qadınların məşğulluğu, gənclərin özünüməşğulluğu, məcburi köçkün və miqrant qadınların problemləri, erkən nikahların qarşısının alınması kimi mühüm məsələlərdən danışıb.
Sonrakı illərdə də Zəminə xanım Dövlət Komitəsinin müxtəlif tədbirlərində fəal iştirak edib. 2025-ci ildə Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri kimi təqdim olunub. Zəminə Səfərovanın adı Dövlət Komitəsinin hazırladığı analitik hesabatların redaksiya heyətində də yer alır.
Hazırda isə Zəminə Səfərova yeni təyinat aldığı vəzifədə — Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yaradılmış “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışır. Bu məsul vəzifədə ona uğurlar, xeyirli və səmərəli fəaliyyət arzulayırıq.
Füzulidən çıxaraq öz fəaliyyəti ilə cəmiyyətə xidmət edən qadınlarımızı tanımaq və tanıtmaq bizim üçün həm dəyər, həm də bir vəzifədir. Zəminə xanıma yeni işində uğurlar arzulayırıq. Allah yolunu açıq, işlərini uğurlu etsin.


İlhamə Nahid Əhmədova

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR