dini radikalizm və ekstremizmlə mübarizə

“Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib


17 dekabr 2024 tarixində Azərbaycan Texniki Universitetində tələbələr üçün AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib.

Tədbiri açan AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov iştirakçıları salamlayaraq, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasının uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, AzTU da daxil olmaqla, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində bu istiqamətdə müxtəlif tədbirlər təşkil olunur.

Tədbir çərçivəsində rejissor Elçin Ağazadənin "Mənəvi Dünya" İctimai Birliyinin dəstəyi ilə ərsəyə gətirdiyi “Problem yoxdur” sənədli filmi təqdim edilib. Film Göygöl rayonunda yaşayan fiziki məhdudiyyətli istedadlı gənc Alik Cəfərovun həyatından bəhs edir. Alik film vasitəsilə həmyaşıdlarına əlilliyi problemə çevirməməyi tövsiyə edir və “Bacarıqsız kimsə yoxdur” mesajını cəmiyyətə çatdırır.
Filmin nümayişindən sonra inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxış edərək
İnklüziv təhsilin inkişafının hər sahə, hər kəs üçün əhəmiyyətini vurğulayıb. O
cənab Prezidentin bu məsələyə olan diqqətini və ölkə başçısının sərəncamına əsasən inklüzivliyin inkişafı üzrə görülən işlərdən danışıb.
Təhsil mütəxəssisi İkram Süleymanov isə öz çıxışında gənclərə yaradılan imkanlardan maksimum faydalanmağı tövsiyə edərək, gələcəyin gənclərə məxsus olduğunu, öz potensiallarını fərqində olmağı diqqətə çatdırıb.

Tədbirin sonunda rejissor Elçin Ağazadə çıxış edərək universitet rəhbərliyinə təşəkkürünü bildirib və tələbələrə uğurlar arzulayıb.
Xatırladaq ki, inklüziv cəmiyyətin inkişafına töhfə olan "Problem yoxdur" sənədli filminin ilk təqdimatı Bakı şəhər Nizami Kino Mərkəzində, sonra Gəncə, Sumqayıt şəhərlərində keçirilərək böyük coşquyla qarşılanıb. Bundan sonra isə ADPU-nun Quba filialında və bir neçə başqa təhsil ocaqlarında, reabilitasiya mərkəzlərində nümayiş edilərək film ətrafında pedaqoji, psixoloji, sosioloji və s. aspektlərdən maraqlı müzakirələrlə keçib.





Oxunub: 19
Oxşar xəbərlər
SON XƏBƏRLƏR