dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Ankaradakı səfiri Gürcüstanın Türkiyə Respublikasındakı (Ankaradakı) fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandiya Beşiktaşın Batumidə keçirilən UEFA Avropa Liqası matçında baş verən ciddi hadisələrlə əlaqədar çağırılıb.

Nazirlikdən bildirilib ki, matçda baş verən hadisələrə reaksiya verilib və müxtəlif sübutlar paylaşılıb.

"Hadisələrin hərtərəfli araşdırılmasını, vətəndaşlarımıza qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsini tələb etdik", - məlumatda vurğulanıb.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR