dini radikalizm və ekstremizmlə mübarizə

TANINMIŞ ALİM BİLAL ALARLIYA AĞIR İTKİ ÜZ VERİB


Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, tanınmış folklorşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilal (Hüseynov) Alarlı ağır itki ilə üzləşib.

Alimin həyat yoldaşı ötən gün vəfat edib. Mərhumənin cənazəsi bu gün doğulub boya-başa çatdığı, ömür sürdüyü Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılıb.

İnsanın ömür yolunda qazandığı ən böyük mənəvi dayaqlardan biri həyatını bölüşdüyü, sevincinə və kədərinə şərik olduğu ömür-gün yoldaşıdır. Belə bir itkinin ağrısını sözlə ifadə etmək çətindir. Bu ağır gündə Bilal müəllimin dərdinə şərik olur, ona və mərhumənin bütün doğmalarına dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayırıq.

Allah mərhuməyə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR