dini radikalizm və ekstremizmlə mübarizə

"Universitet yeməkxanasında belə bir elana aydınlıq gətirilməlidir" - Təhsil eksperti

"Universitet yeməkxanasında belə bir elana aydınlıq gətirilməlidir" - Təhsil eksperti

Bu günlərdə Azərbaycanın ən tanınmış universitetlərindən biri olan Xəzər Universitetində tələbələrə qoyulan xüsusi qadağa sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, adıçəkilən universietin yeməkxanasının qapısında kənardan yemək gətirməyin qadağan olmasına dair elan yapışdırılıb. Bu tələbi pozan şəxslərin töhmət alacağına dair xəbərdarlıq edilib. Məsələ ilə bağlı təhsil ekspertləri, müəllimlər, tələbələr və cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər çoxsaylı fikirlər səsləndirib.

Əslində universitetin qapısında belə bir élan yapışdırılması nə dərəcədə düzgündür? Universitetin buna haqqı var, yoxsa bu özbaşınalıqdır?

Djb.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Elçin Əfəndi cavablandırıb. O bildirib ki, universitetdə belə bir elanın asılması beynəlxalq reytinq siyahısına düşən bir universitet üçün yaraşmayan hərəkətdir:

“Hər bir universitetin nəzdində yeməkxana fəaliyyət göstərir və tələbələr həmin yeməkxanada qidalanır. Xəzər Universitetində tələbələrin bu formada təhdid olunması xoşagəlməz və yolverilməz haldır. Universitet ümumi təhlükəsizlik baxımından belə bir qərar verə bilər. Yəni əgər universitet öz mənafeyini deyil, tələbələrin qida təhlükəsizliyini düşünürsə və kənardan gətirilən qidalardan ehtiyat edilirsə, tələbələrə müvafiq qaydada xəbərdarlıq edilə bilər. Lakin universitetin yeməkxanasının qapısından belə bir elanın asılması beynəlxalq reytinq siyahısına düşən bir universitet üçün yaraşmayan hərəkətdir və qətiyyən düzgün deyil”.

Ekspertin fikrincə, tələbələrin təhdid altında saxlanılması düzgün deyil:

“Xəzər Universitetinin ölkədə böyük nüfuzu var. Lakin belə hallar həm cəmiyyətdə, həm təhsil cameəsində xoşagəlməz tendensiyaların əsasını qoyur. Bolonya sistemi Azərbaycanda yalnız Xəzər Universitetində olduğu kimi tətbiq edilir. Əgər Bolonya sistemi tətbiq olunursa, tələbələrin hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır. Hər kəs universitetin yeməkxanasında hazırlanan yeməkləri yeyə bilməz. Bu qidaları sevməyən, xüsusi pəhrizdə olan tələbə istədiyi yeməyi gətirib universitetin yeməkxanasında rahat şəkildə yeyə bilər. Tələbələrin təhdid altında saxlanılması düzgün deyil. Təhsil haqqında bu barədə konkret olaraq məqam yoxdur. Lakin təhsil alan şəxslərin təhlükəsizliyinin təmin edilməsi məsələsi qanunda yer alır. Burada qida təhlükəsizliyi də istisna deyil. Azərbaycanda təhsil sektorunda kifayət qədər ciddi problemlər var. Məncə, biz onların həllinə köklənməliyik”.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR