Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğanın müxalifətə ünvanladığı “Xeyir ola, bəylər, kiminlə müharibə edirsiniz?” sualına cavab verib.
Djb.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Özəl partiyasının Manisa vilayət konqresində çıxışı zamanı mübarizələrinin kiməsə zərər vurmaq məqsədi daşımadığını, özlərini qorumaq və xalqın təslim olmasına imkan verməmək üçün mübarizə apardıqlarını bildirib.
“Canımızı almaq üçün deyil, canımızı xilas etmək, milləti təslim etməmək üçün mübarizə aparırıq. Ölümü gözə almışıq, təslim olmamışıq və olmayacağıq”, – deyə o vurğulayıb.
Oxunub: 0