ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında razılaşma əldə olunacağı təqdirdə hər iki ölkə ilə biznes əlaqələrini bərpa etmək istədiyini bildirib.
Djb.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O qeyd edib ki, tərəflər razılığa gəldikdən sonra münasibətlərin normallaşmasını və hər iki ölkə ilə biznes qurmağı arzulayır.
ABŞ lideri Ukrayna ilə təbii sərvətlərə dair əldə olunan razılaşmanı da xatırladıb və bu resursların dəyərini 1 trilyon dollar qiymətləndirib.
Tramp, həmçinin Co Bayden administrasiyasının Ukraynaya 350 milyard dollar dəyərində hərbi texnika verdiyini iddia edib. Onun fikrincə, bu xərcləri Avropa İttifaqının üzərinə qoymaq mümkün idi:
“Özümü axmaq kimi hiss edirdim. Halbuki etməli olduğum yeganə şey onlardan bunu istəmək idi və onlar ödəyərdilər”.
Oxunub: 0