dini radikalizm və ekstremizmlə mübarizə

VƏTƏNDAŞIN ÖZ KÖHNƏ SOYADINA QAYITMASINDA HEÇ BİR ƏNGƏL OLMAMALIDIR


Hər bir Azərbaycan vətəndaşının cəmi bircə dəfə öz soyadını dəyişməsi ilə əlaqədar olaraq hüququ və haqqı vardır. Müvafiq qurumlar buna şərait yaradıblar.

Çünki, birinin adı, birinin isə soyadı qeyri-adi səslənirsə, həmin adlar və soyadlar onlara utanc gətirirsə, o insan dövlətin tərtib etdiyi qayda-qanunların icazəsi ilə bu şəxsi problemlərdən qurtula bilər. Yəni ki, buna heç bir qadağa qoyulmayıb. Hər bir vətəndaş tam rahat bir şəkildə müvafiq qurumlara müraciət ünvanlayaraq onların sayəsində bu xırda məsələləri həll edə bilər.

Lakin burada məntiq baxımından əngəl və ya maneə törədəcək bir nüans vardır. Məsələn, vətəndaş bir dəfə öz soyadını dəyişirsə, artıq ikinci dəfə soyadını dəyişdirməsi mümkün deyil. Bu, yalnız məhkəmə yolu ilə həyata keçirilə bilər.

Məncə, bu prosedur qaydalarına bir balaca dəyişikliklər edilməlidir. Vətəndaşdan ikinci dəfə soyadının nə üçün dəyişdirmək istəməsini və səbəbini öyrənmək lazımdır. Əgər vətəndaş nəyinsə həvəsinə düşüb fikirləşmədən soyadını bir dəfə dəyişdirərək yeni qəbul etdiyi soyaddan peşmandırsa, bu soyad ictimaiyyət tərəfindən ciddi qınaq ilə qarşılanırsa və xüsusilə həmin vətəndaş yenə başqa soyad seçməyərək yenidən öz köhnə ənənəvi soyadına qayıtmaq istəyirsə, o zaman, ona yüngülləşdirici qaydada icazə verməlidir. Daha məhkəməyə ehtiyac olmamalıdır. Çünki, vətəndaş ikinci dəfə yeni soyad qəbul etmir, əksinə, köhnə soyadına qayıtmaq və ömrünün axırına qədər bu soyad altında yaşamaq istəyir.

Yox, əgər vətəndaş ikinci dəfə qəsdən yenə soyad dəyişdirmək fikrindədirsə, bəli, o zaman, həmin vətəndaşın işi məhkəmə üsulu ilə görülə bilər.

Məncə, qurumlar tərəfindən bu iki detal arasında xüsusi fərq qoyulmalı, iş öz mövsuzunun səviyyəsinə uyğun olaraq və istiqamətinə görə müəyyənləşdirilərək ali qanunlar çərçivəsində həyata keçirilməlidir.

Ərtoğrul Mehdizadə

Oxunub: 466
Oxşar xəbərlər
SON XƏBƏRLƏR