dini radikalizm və ekstremizmlə mübarizə

Teymur Musayev: “Sertifikasiyaya görə şikayətlər ən çox iki ixtisasla bağlıdır”

Teymur Musayev: “Sertifikasiyaya görə şikayətlər ən çox iki ixtisasla bağlıdır”

"Səhiyyə vacib məsələlərdən biri təhsil məsələdir".

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, tibbi işçilər uçün davamlı təhsil vacib məqamdır:

"Tək təhsil deyil, tibb işçilərinin praktiki fəaliyyətində dəstək olacaq çoxlu mövzular var. Anlayırıq ki, ixtisaslı işçi qüvvəsi səhiyyənin əsas resursudur. Yeni strategiya hazırlanması vacibdir. Yaxın zamandan bununla bağlı atılacaq addımlarla bağlı məlumat veriləcək”.

Nazir tibb işçilərinin sertifikasiyası ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib.

“Son zamanlar sertifikasiya ilə bağlı çoxlu müraciətlər olub, müraciətlər təhlil edilib və şikayətçilərlə görüş keçirilib. Əsas şikayətlər iki ixtisas üzərindən olur. Biri radiologiya digəri stomatologiya ilə bağlı idi. Bu ixtisaslar çərçivəsində alt ixtisasda olanlar fəaliyyət göstərir. Hazırda mövcud sertifikasiya imtahanını mükəmməlləşdirilməyə ehtiyac var, bu istiqamətdə işlər aparılır. Mərkəzin yeni formatda fəaliyyəti üçün müvafiq addımlar atılacaq".

Oxunub: 742
Oxşar xəbərlər
SON XƏBƏRLƏR