dini radikalizm və ekstremizmlə mübarizə

Zəfər salnaməsi adlı tədbirdən söz açaq


Djb.az xəbər verir ki, 22.12.2021- ci il tarixində Respubilika Tv-nin təsisci drektoru Ramila Sultanın təşkilatçılığı ilə Respublikamızda silsilə şəklində keçirilən Zəfər bayramı münasibətiylə təşkil etdiyi "Zəfər Salnaməsi" adlı tədbir "Xudafərin" sadlıq sarayında kecirildi.
Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən Zəfər Günü ərəfəsində “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsi olması hələdə tədbirlərin keçirilməsinə amil verir.

Təşkil olunmuş tədbirin qonaqları hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri,
Misirin Azərbaycandaki səfiri , Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri, Ruminyanın səfiri, müxtəlif dövlət rəsmləri və media nümayəndələri iştirak edirdilər.

SPONSORLAR

Tədbirin rəngarən keçirilməsində MİLLA şirkəti, İydə parfum, Propolis bal şirkəti, Ag çiçəyim gül dükani, Aycan Parfum, Fantaziya 1, Büyük fırat, Homegallery mebel salonu və şirkətlərin xüsusi diqqəti və qayğısı danılmazdır. Xüsusi olaraq "Xudafərin" şadliq sarayinin rəhbəri Siyavuş Əsgərov tədbirin möhtəşəm keçirilməsi üçün hər bir şəraitin yaraddılmasını təmin etmişdi. Adı çəkilən şirkətlərin məhsullarından ibarət hədiyyələr qonaqlara paylanılmışdır.

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

Ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunan Vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvlərinə Tv-nin rəhbəri Ramilə Sultan diplom və müxtəlif hədiyyələrlə təltif etdi.
Tədbirin yadda qalan və çox diqqəti cəlb edən məqamı Şəhid ailərinə HOMEGALLERY mebel salonu tərəfindən 11 şəhid ailəsinə ayrılan kpon vasitəsi ilə istənilən mebel dəstini alması idi. 11 şəhid ailəsi müxtəlif hədiyyələr və diplomlarla təltif olunmalarına baxmayaraq mebel salonundan istədikləri mebel dəstini alacaqları xəbəri tədbir iştirakçılarını çox sevindirdi. BÜYÜK FİRAT restoranı da gözəl bir təşəbbüsə qoşularaq 38 müharibə iştirakçısı olan qazilərimizə hədiyyə olaraq restoranlarında ailə üzvləri ilə bir arada yeməyə dəvət olunmalarını təmin etmiş oldu.
Millət vəkili Elnur Allahverdiyev tərəfindən şəhid ailəsinə hədiyyə olaraq televizor göndərilmişdi.
Sponsorlar və millət vəkili tərəfindən təqdim olunan hədiyyələr şəhid ailələrinə və qazilərə göstərilən diqqətin bariz nümunəsi idi.

İNCƏSƏNƏT

İncəsənət xadimləri tərəfindən qonaqlara göstərilən diqqət alqışa layiq oldu.
"Nərgiz" rəqs qrupu Kənan Bayramli,
Manaf Ağayev, xalq artisti Məleykə Əsədova, əməkdar artist Sevinc Sariyeva , Nəzakət Məmmədova, Müdafiə Nazirliyi Həzi Aslanov adina ideoloji Mədəniyyət Mərkəzinimn solisti baş gizir Səbinə Qasımova, əməkdar artist Nuriyyə Hüseynova, Şahin İsmayılov, Eldəniz Məmmədov və başqaları iştirak edirdilər.
PS. "Zəfər salnaməsi" adlı tədbir iştirakçılar tərəfindən alqışla başa çatdı.


MEDİA BU GÜN

Tədbirin işıqlanmasında Speys Tv- nin komandası, Djb.az xəbərlər və informasiya portalının rəhbəri A. Əhmədova, Müstəqil TV-nin rəhbəri Kamil Kamran oğlu, Respublika.TV- nin kollektivi, Azerses.az-in rəhbəri Fərid Abdinov və bir çoxları iştirak edirdilər.




















Oxunub: 938
Oxşar xəbərlər
SON XƏBƏRLƏR