dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan DiiXi Hi Respublika Komitasinin təşəbbüsü ila 8 Noyabr Zəfər bayramı münasibəti ilə Mingəçevir şəhər komitəsində tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev zəfər günü münasibəti ilə təbriklərini çatdırıb və qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. DİİXİ Hİ Mingəçevir şəhər komitəsinin sədri Səbuhi Abbasov , ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov da çıxış edərək 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından,eləcədə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının” Dəmir Yumruq”un ətrafında sıx birləşərək xalqımızın həmrəy olasından söz açıblar.
Tədbirdə çıxış edən həkim qazi Polad Qasımov müharibənin ilk günlərindən ordudakı xidmətlərindən söz açıb, müharibə dövründə ən unudulmaz anları tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda Azərbaycan DiiXi Hi Respublika Komitasinin təşəbbüsü ila 8 Noyabr Zəfər bayramı münasibəti ilə Mingəçevir şəhər komitəsinə üzv olan təşkilatlarda çalışan ittifaq üzvülərindən Vətən müharibəsində iştirak edənlərə qiymətli hədiyyələr verilib.

Esmira Hidayətova,Mingəçevir





Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR