dini radikalizm və ekstremizmlə mübarizə

Krasnodarlı gənc Qarabağda qanunsuz erməni hərbi hissəsində xidmət edir - Separatçılar üçün səngər qazır

Krasnodarlı gənc Qarabağda qanunsuz erməni hərbi hissəsində xidmət edir - Separatçılar üçün səngər qazır

Separatçıların müqavilə əsasında xidmətə çağırılan “əsgər”ləri arasında ruslar da var.

Djb.az xəbər verir ki, KONKRET.az-ın Teleqram kanallarından əldə etdiyi görüntülər Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən çəkilib. Qulluq etdiyi yeri, sərhədi belə tanımayan “əsgər” Rusiyanın Krasnodar vilayətindən olduğunu deyir. Müqavilə əsasında gəldiyini, Ağdərə istiqamətində xidmət etdiyini , peşəsinin traktorçu olduğunu söyləyən “əsgər”in rus olması hərbçilərimiz kimi, elə bizi də təəccübləndirir. “Sülhməramlı” ruslar nə üçün erməninin qanunsuz silahlı birləşmələrində qulluq etsin ki? Məqsəd pul qazanmaqmı? İstər-istəməz suallar yaranır və mütləq cavabı da verilməlidir.

Onu da qeyd edək ki, gənc 2 gündür xidmətdədir və separatçılar üçün səngər qazır.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR