Gələcəkdə 30 yaşa qədər dövr uşaqlıq dövrü hesab ediləcək.
DJB.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Səhiyyə Nazirliyinin başçısı Veronika Skvortsova bildirib.
“Uşaqlıq, Böyük Vətən Müharibəsinin başlanğıcında 14 il, 1960-cı illərdə 16 il təşkil edirdi, indi isə bütün dünyada 21-ci ildir. Gələcəkdə ən azı 25-30 il olacaq”, - Skvortsova bildirib.
O həmçinin qeyd edib ki, uzun ömurlülük üçün doğulma anından başlayaraq insanların qayğısına qalmaq lazımdır.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin 2024-cü ilə kimi hökumətə örta ömrün 78 yaşa qədər artımını təmin etməyi tapşırıb.
Ülviyyə`Şahin
Oxunub: 775