dini radikalizm və ekstremizmlə mübarizə

Əli Əsədov Gürcüstana gedir

Əli Əsədov Gürcüstana gedir

Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.

Djb.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.
Bundan başqa, Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.
Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR