Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələrdə ciddi şəkildə pisləşdiyi iddia olunur.
Djb.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, dövlət başçısı oktyabrın 27-də keçirilməsi nəzərdə tutulan tədbirlərdə iştirak etməyib. O, həmçinin İrəvanda təşkil olunan COP-17 iqlim sammiti çərçivəsində keçirilən bir sıra tədbirlərdə də görünməyib.
Qəzetin məlumatına əsasən, Xaçaturyan dünən İspaniya və Səudiyyə Ərəbistanından gələn yüksəkvəzifəli qonaqların rəsmi qarşılanma mərasimində də iştirak etməyib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediasında Vaaqn Xaçaturyanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi və cərrahi əməliyyat keçirdiyi barədə məlumatlar yayılmışdı.
Oxunub: 0