Bakıda 225 nömrəli məktəbin qarşısında jurnalistlərin döyülməsi ilə bağlı polis tərəfindən saxlanılanlar var.
Djb.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, REAL TV-nin çəkiliş qrupu Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin qarşısında 7-ci sinif şagirdinin ölümü ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıb. Jurnalist və operatorun döyüldüyü bildirilir.
Oxunub: 0