dini radikalizm və ekstremizmlə mübarizə

Səhv etmirəm, III dünya savaşı başlayacaq - Vuçiç


Əgər Üçüncü Dünya Müharibəsi başlamazsa, bu, möcüzə olardı. Əgər səhv etsəm, dünyanın ən xoşbəxt insanı olardım. Amma qorxuram ki, səhv etmirəm.

Djb.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç deyib.

"Əgər Avropanın özünü necə silahlandırdığını görmürsünüzsə, deməli, onu görməzdən gəlirsiniz. Bəs niyə özünü silahlandırır? Hansı məqsədlə? Bu, Çexovun pyeslərini xatırladır: birinci pərdədə divarda silah asılıbsa, üçüncü pərdədə atəş açılacaq. Almanlar bu sektorda qeyri-adi irəliləyiş əldə ediblər. Onlar mənfəətlərini 17 dəfə artırıblar. 17 faiz yox, 17 dəfə", - deyə o bildirib.

Oxunub: 24
Oxşar xəbərlər
SON XƏBƏRLƏR