ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən Ukraynada muzdlu fəaliyyət ittiham ilə Rusiyada saxlanılan amerikalı Stiven Habbardın azadlığa buraxılmasını xahiş edib.
Djb.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp Putinlə görüşü zamanı Habbardın vəziyyətini ətraflı müzakirə etdiyini deyib.
“Mən ondan Habbardın azad edilməsini xahiş etdim. Görək nə olacaq”, – deyə ABŞ lideri bildirib.
Tramp amerikalı vətəndaşı vətənində görmək istədiyini də vurğulayıb.
Qeyd edək ki, Stiven Habbard 2024-cü ilin oktyabrında Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu kimi döyüşməkdə təqsirli bilinərək 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2 aprel 2022-ci ildən həbsdə olub və məhkəmədə təqsirini etiraf edib.
Oxunub: 23