dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan XİN Pakistandakı qatar qəzası ilə bağlı başsağlığı verib

Baxış Sayı:238

Azərbaycan XİN Pakistandakı qatar qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki bölgəsində baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.

Paylaşımda bildirilir: “Biz Pakistanın Qotki bölgəsində ölümcül qatar qəzası ilə bağlı xəbərdən dərin kədərləndik. Həlak olan 30 sərnişinin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara tezliklə şəfa tapmalarını arzu edirik. Fikrimiz və dualarımız indi qardaş Pakistanın yanındadır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR