dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan Mirzoyan və Avinyanı təcili yanına çağırdı: “Çarukyanla "oyunlarınızı" bilirəm” – Ciddi xəbərdarlıq

Paşinyan Mirzoyan və Avinyanı təcili yanına çağırdı: “Çarukyanla "oyunlarınızı"  bilirəm” – Ciddi xəbərdarlıq

Paşinyan hakimiyyəti gücləndirilmiş döyüş hazırlığı elan edib.

Bu haqda məlumatı “İrates” qəzeti yazıb.

Mənbə bildirir ki, Qagik Çarukyanla bağlı bir neçə ssenarinin müzakirəsinə paralel olaraq, hakim “Mənim addımım” blokundan olan deputatların davranışları da müzakirə olunur.

Paşinyan Ararat Mirzoyan və Tiqran Avinyanı təcili yanına çağırdığını və Çarukyanla “oyunlarından” xəbərdar olduğunu deyib.

Ararat Mirzoyan and içərək heç nədən xəbəri olmadığını bildirib və Baş prokurorun parlamentə gəlişi, Qagik Çarukyanın parlament toxunulmazlığından məhrum edilməsi zamanı keçirilən gizli səsvermədə “onun” deputatlarının davranışlarından çox narahat olduğunu gizlətməyib.

“Onlar qarşlılıqlı demarşa əl ata bilərlərmi? “Mənim addımım” fraksiyasının deputatlarının səslərinin necə idarə ediləcəyini hələ də anlaya bilmədik: yadınıza salın, bir zamanlar deputat Paşinyan “Ermənistan Milli Konqresi”nin şübhələrini aradan qaldırmaq üçün baş prokuror vəzifəsinə Gevork Kostanyanın namizədliyi ilə bağlı səsvermə zamanı özünün seçki bülleteninin fotosunu çəkmişdi. Eyni sxemin tətbiq ediləcəyi istisna edilmir ” deyə nəşr qeyd edir. //KONKRET.az

Oxunub: 414
Oxşar xəbərlər
SON XƏBƏRLƏR