dini radikalizm və ekstremizmlə mübarizə

Tramp Kim Çenin səhhətindən danışdı

Tramp Kim Çenin səhhətindən danışdı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın özünü necə hiss etdiyini bilir. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Sizə dəqiq bir şey deyə bilmərəm... Çox yaxşı bir fikrim var, amma indi bu barədə danışa bilmərəm. Mən sadəcə ona hər şeyin yaxşısını arzulayıram... Ümid edirəm ki, onunla hər şey yaxşıdır. Mən onun hazırda özünü necə hiss etməsindən xəbərdaram. Siz, ola bilsin, yaxın zamanda öyrənəcəksiniz”, - o, mətbuat konfransı zamanı deyib.

Xatırladaq ki, ötən günlərdə Şimali Koreyanın Dövlət Radiosu Kim Çen Inın Samçjiyon şəhərinin yaradılmasında iştirak edən insanlara minnətdarlıq bildirdiyini açıqlamışdı. Kim Çen Inın minnətdarlığını məhz hansı formada etdiyi dəqiqləşdirilməmişdi. Cənubi Koreyanın Baş Naziri Mun Çje İnin xarici siyasət üzrə müşaviri Çan İn Mun isə açıqlamasında “Kim Çen In sağdır və yaxşıdır. 13 apreldən etibarən Vonsan bölgəsində qalır” demişdi.

Oxunub: 481
Oxşar xəbərlər
SON XƏBƏRLƏR