dini radikalizm və ekstremizmlə mübarizə

“Teatr xadimlərinin yeni yeni uğurları”


Martın 2-dən 6-a qədər Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Baxış 6” festivalı keçirildi ki, bu da gənc istedadların tanınması, inkişafı üçün mühüm addım kimi qiymətləndirilə bilər.
Azərbaycan Teatr Xadimləri İttifaqındayam…
Mən də “Baxış 6”teatr festivalı çərçivəsində göstərilən tamaşalarla maraqlanıram. Əlbəttə ki, festivalın ən önəmli cəhəti odur ki, yeni yeni istedadları üzə çıxarsın və məncə bu missiyanı da layiqincə yerinə yetirir. İttifaqın sədri res. xalq artisti Hacı İsmayılovla söhbətimizdə o da bunu xüsusi vurğulayır və deyir ki, teatr sənəti çoxşaxəli sənətdir və onun inkişafı və təbliğində bütün yaradıcı insanlar iştirak etməlidir…
Acığını vurğulayım… Hacı müəllim Ad günü filmi ilə öz sənətinə elə möhür vurub ki, onu vəzifə başında görmək bir az mənə yabançı gəldi… Çünki aktyor ya səhnədə, ya da kinoda daha çox maraq kəsb edər. Amma nəzərə alsaq ki, bu kresloda Lütfiyar İmanov, Həsənağa Turabov, Azərpaşa Nemətov kimi şəxsiyyətlər oturub o zaman hər şey aydın olar. Sevilən sənətkarımız Hacı İsmayılovun bu sahədə gördüyü işlər də birmənalı şəkildə göz önündədir. Məhz yeni yaranan balacalar teatrına rəhbər (Natiq Ferzeliyev) qayğısı, həm məşqlər, həm tamaşanın nümayişi üçün yaratdığı şərait yeniliyə atılan addımlara qucaq acmaq deməkdir. Yeni teatr elə ilk tamaşadan öz sözünü deməyi bacardı və Azərbaycan teatr məkanında ilk balacalar teatrı öz tamaşasını uğurla nümayiş etdirdi.
İttifaqın daha bir nümayəndəsi ilə söhbət edirik… ADMİU nun musiqili teatr aktyoru kafedrasının müdiri res. əməkdar artisti Azad Şükürovla... O da öz növbəsində festivalların əhəmiyyətindən danışır, qeyd edir ki, ittifaqın bundan sonra da maraqlı layihələri olacaq ki, bu barədə mütəmadi məlumat veriləcək.
Və nəhayət ki, res. xalq artisti sevilən sənətkarımız İlham Namiq Kamalla görüşürük… Özünəməxsus səmimiliyi ilə yenə də seçilməyi bacarır… Tamaşaya gələn qonaqları maraqlandıran suallara yorulmadan cavab verir… Və hər dəfə də yeni yeni tamaşalar haqqında fikir söyləməkdən usanmır… Yetər ki, ortaya maraqlı tamaşalar çıxsın. Aktyorun teatrda da repertuarı zəngindir. Amma bununla belə ittifaqdakı işlərinə də eyni məsuliyyətlə yanaşmağı özünə borc bilir.
Bu gün sözün əsl mənasında Azərbaycan Teatr Xadimləri İttifaqını üç nəhəng sənətkar idarə edir. Və hər biri ilə görüşüb, söhbət etdikdən sonra, beynimdə müxtəlif fikirlər dolaşır… Hər üç sənətkarın əsas iş yeri ola ola, məhz burda da fəaliyyət göstərmələri əslində fiziki baxımdan bir az çətin olsa da, mənəvi baxımdan zəruridir ki, bu işin öhdəsindən gəlməyə çalışırlar. Bəlkə də, onlar sənət aləmində gənclərə bir mayak olmaq üçün bu missiyanı öz üzərilərinə götürüblər..
Amma istənilən halda təcrübəli sənətkarların gənclərlə birgə sənət meydanında olması təqdirəlayiq hadisədir.

Təranə Feyzullayeva

Oxunub: 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR