Djb.az xəbər verir ki, Gənc Tamaşaçılar teatrında "35 ildən sonra" tamaşasının növbəti numayişi oldu.
Tamaşa yaşlı aktyorun həyatından,keçirdiyi nostalji hisslərdən,ata qız mustəvisi cərcivəsində yaşanan problemlərdən bəhs edir.
Tamaşa uc aktyor oyunu uzərində qurulub.
Sevilən aktyorumuz Kərəm Hadızadə elə ilk səhnədən bizi ələ almağı bacardı. Hisslərin təlatumu baş qaldırdı. Aktyor oynadı və eyni zamanda yaşadı ki, bu da məlumdu cunki aktyorun aktyoru oynaması məhz bu qədər inandırıcı ola bilərdi ki o da bizi inandlrdı.
Zumrud Quliyeva sanki ilk baxışdan Kərəm bəyin oyunu fonunda bir az soyuq görundu.Amma tədricən məlum oldu ki məhz rejissor yorumundan irəli gələn ilk təqdimatdan sonra aktrisa daha emosional görunur, qarmaqarışıq hisslər fonunda dəyişir,dəyişdikcə də tamaşacıya əsı ideyanı ötürə bilir. Özunun də qeyd etdiyi kimi bu rol onun ən sevilən rollarından biridir.
Aktyor Elnur Hüseynovun səhnəyə gəlişi ilə ovqat bir az da dəyişir. Dinamika artır, obrazın xarizması tamaşaya müsbət təsir edərək daha baxımlı edir.Aktyor istedadlıdır, mahiyyət etibarı ilə obrazını yaxşı anlayır və özunəməxsus komik elementlərlə tamaşacıya öturur.Duşunurəm ki aktyorla bağlı fikirlərim daha geniş olacaq.
Tamaşanın rejissoru Müşfiq bəylə tamaşadan sonra fikir mübadiləsi edirik..Deyir ki mövzu olduqca maraqlıdır,psixoloji məqamları var, boyuk həcmli əsər olsa da onu yiğcam təqdim etmişik ki tamaşacı yorulmasın.
Qeyd edim ki zaman etibarı ilə tamaşa yığcamdır,yorulmadan baxılır ki bu da muasır tamaşacının zaman və məkan baxımından problemlərinə yaxşı təsir edir. Son vaxtlar tamaşaların az qala serial qədər uzanıb yorucu olması da bizlərə yad deyil. Bu baxımdan rejissor bunu da nəzərə alaraq yola cıxmışdır.
Gələk tamaşanın finalına. Mən bəlkə də həyatımda bu qədər kövrəlməmişdim..bu qədər ağlamamışdım ki o gecə bu baş verdi..Ata ilə qızın 35 il sonra göruş səhnəsi! Kərəm bəyin qeyri adi jestlərlə hisslərinin üsyanı və təntənəsi,Zumrud xanımın zərif siması və bu simanın dərinliyində tüğyan edən ata həsrəti və o həyəcanlı qovuşma anı...
Final möhtəşəm idi.
Umumilkdə,bu qəbildən olan mövzular insanlara daha yaxındır.
Butun yaradıcı heyəti bu gözəl tamaşa ilə təbrik edirəm və inanıram ki hər baxan yeni tamaşacı laqeyd qala bilməyəcək.
Uğurlar!
Təranə Feyzullayeva
Oxunub: 214