15 Oktyabr - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016 - cı ildə Aprel döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş Əbdülməcid Axundovun Cənnətdə olan doğum günüdür!
. Əbdülməcid Nadirşah oğlu Axundov 15 oktyabr 1993 - cü ildə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olmuşdur. 2010 - cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olmuşdur.
. Əsgər Əbdülməcid Axundov 02 aprel 2016 - cı ildə 22 yaşında Aprel döyüşlərində Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı Şəhidlik zirvəsinə ucalmışdır.
. 09 Aprel isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
. Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
İlham Əliyev
Oxunub: 0