dini radikalizm və ekstremizmlə mübarizə

Mətbuat Şurası nəyə lazımdır? Ləğv olunsun!


Mənə bir şey çatmır: Azərbaycan Respublikası Media və Yayım Şurası olduğu halda, Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurasına nə ehtiyac var axı?
Heç olmasa, Aflatun Amashov Şuraya sədrlik edəndə dərdimizi deyə bilirdik. Sağ olsun, fikirlərimizi yuxarılara çatdırmağa çalışırdı.
Mən düşünürdüm ki, Reshad Mecid jurnalistdir, bu sahəni yaxşı bilir və Mətbuat Şurasında böyük dönüş yaradacaq. Amma təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı.
Rəşad müəllim sanki jurnalistlərin problemlərini həll etməkdən daha çox, özünə yaxın adamlarla bir araya gəlib şəkillər çəkdirməyə və həmin fotoları paylaşmağa üstünlük verdi.
Mənim də problemim oldu. Rəşad müəllimə xəbər göndərdim ki, məni qəbul etsin, dərdimi, problemimi dinləsin. Amma müəllim bizi öz «Şurasına» belə almadı ????
Əgər Mətbuat Şurası bizi jurnalist kimi tanımırsa, mən şuranı dünəndən saymıram və hiss etmirəm!
Bəs onda sual yaranır: Mətbuat Şurası kimin üçündür? Jurnalistlərin, yoxsa yalnız müəyyən şəxslərin?
Uzun sözün qısası, əgər Mətbuat Şurası jurnalistlərin problemlərini dinləməyəcəksə, onların hüquqlarının müdafiəsində real rol oynamayacaqsa, onda belə bir qurumun mövcudluğunun nə mənası var?
Mənim fikrimcə, fəaliyyətinin faydası ciddi şəkildə sual doğuran belə bir qurum ya öz işini dəyişməli, jurnalistlər üçün əlçatan olmalı, ya da ləğv edilməsi məsələsinə baxılmalıdır. Jurnalistlərin üzvlük haqları da qarşılığında hansı xidmətin göstərildiyi aydın şəkildə izah olunmaqla yenidən nəzərdən keçirilməlidir.
Bizə adı olan, amma dərdimizə şərik olmayan Şura lazım deyil!
Nə vaxtsa üz-üzə bu haqda imtahan tipli danışacağıq.(Təhdid başa düşməyin, amma bizə hesabat verəcəksiniz)
P.S. İndi də kimsə çıxıb deməsin ki, «yazıq QHT-dir, nə edə bilər ki?» Əgər heç nə edə bilmirsə, jurnalistlərin dərdini dinləyə bilmirsə, onda belə bir Şura kimə və nəyə lazımdır?
Jurnalistlərin suallarına cavab verilməli, problemləri dinlənilməli, Mətbuat Şurasının fəaliyyəti isə hesabatlı olmalıdır. Çünki mətbuat yalnız şəkil çəkdirməklə deyil, jurnalistin səsinə səs verməklə inkişaf edir!

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR