Djb.az-a verilən məlumata əsasən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 19-da Binəqədi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi, Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası ilə teatrsevərlərin qarşısında çıxış edəcək.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayamov məlumat verib.
Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Niyaməddin Səfərəliyev çıxış edəcəklər.
Tamaşa Bakı Humanitar Kollecinin səhnəsində təqdim olunacaq.