Mingəçevir Dövlət Universiteti (MDU) "UI GreenMetric Sustainable University Rankings 2026" beynəlxalq reytinq cədvəlində mühüm nailiyyət qazanaraq Azərbaycan üzrə 6-cı yerdə qərarlaşıb.
Nüfuzlu təşkilatın açıqladığı nəticələrə əsasən, universitet dünya üzrə 6937 balla 514-cü mövqedə qərarlaşıb. Bu il diqqət çəkən əsas məqamlardan biri MDU-nun paytaxtdan kənarda yerləşən ali təhsil müəssisələri arasında ölkə üzrə ilk 10-luqda yer alan yeganə universitet olmasıdır.
Qeyd edək ki, Azərbaycan ilk dəfədir ki, bu nüfuzlu reytinqin nəticələrinin elan olunması və mükafatlandırma mərasiminə ev sahibliyi edir. Beynəlxalq tədbirin təşkilatçılığına görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru hörmətli Rüfət Əzizova təşəkkür edilib.
Eldə edilən bu uğur təhsildə keyfiyyət, nəticəyönümlü tədqiqat, dayanıqlı inkişaf, ekoloji məsuliyyət, yaşıl kampus yanaşması, su və enerji resurslarından səmərəli istifadə, eləcə də tullantıların idarə olunması istiqamətində MDU-da həyata keçirilən sistemli fəaliyyətin və müasir idarəçiliyin bariz nümunəsidir.
Oxunub: 31