dini radikalizm və ekstremizmlə mübarizə

“Facebook”a çoxdandır gözlənilən - xüsusiyyət gəlir

“Facebook”a çoxdandır gözlənilən - xüsusiyyət gəlir


"Facebook” uzun müddətdir ki, "dislike” düyməsi üzərində işlər aparırdı.

Şirkət hər dəfə "əlavə edəcəyik” deyərək istifadəçiləri gözlədirdi. Amma "dislike” düyməsi əvəzinə "like” düyməsinə əlavə olaraq, müxtəlif hisləri təmsil edən düymələr istifadəyə verildi.

"Facebook” istifadəçiləri isə "dislike” düyməsini gözləməyə davam etdi. Verilən məlumatlara görə, "Facebook” bu sözünü yerinə yetirməyə hazırlaşır. "Facebook”un yeni "dislike” düyməsi paylaşımlar üçün istifadə edilməyəcək. Düymə yalnız rəylər üçün istifadə edilə biləcək. Beləliklə bu düymə sayəsində bir rəyin bəyənilmədiyi asan bir şəkildə bildiriləcək.

"Dislike” düyməsi fevral ayından Yeni Zellandiyada test mərhələsindədir. Amma avstraliyalı istifadəçilər "Facebook”un bu xüsusiyyətindən artıq istifadə edə bilir. Yaxın zamanlarda bütün "Facebook” istifadəçilərinin bu düymədən istifadə edə biləcəyi gözlənilir.

Oxunub: 1 466
Oxşar xəbərlər
SON XƏBƏRLƏR