dini radikalizm və ekstremizmlə mübarizə

Teatrşünas-tənqidçi mükafatlandırıldı


Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr fədaisi" medalı ilə təltif edilib.

O, bu mükafata 27 mart Beynəlxalq Teatr günü münasibətilə uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə təltif edilib.

Təltif Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Respublikanın Xalq artisti, professor Hacı İsmayılov tərəfindən təqdim edilib.

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev dövrü mətbuatda 450-dən artıq məqalə, ressenziya, oçerk, müsahibələrin eləcə də 23 kitabın müəllifidir.


Oxunub: 81
Oxşar xəbərlər
SON XƏBƏRLƏR