dini radikalizm və ekstremizmlə mübarizə

İtirmə qədirbilənliyi, itirmə dostluğu


Ömür dayanacağı bilinməyən bir qatardı. Gedəcəyimiz yol isə beşikdən məzara kimidir. Bu qatara minməyən olacaqmı?
Qatar sakinləri Ulu Yaradanın verdiyi zaman kəsiyində yol gedə bilirlər. Özü də qayğıları naminə çalışa-çalışa, vuruşa-vuruşa, yaşamaq və yaratmaq eşqi ilə. Qatarın son dayanacağa yaxınlaşdığını heç kəs hiss etmir. Əgər o hiss olunsa, həyat, yaşam çox ucuz görünər...
... Xoşbəxt o kəslərdir ki, hörmət-izzətlə yaşayır, qəlbində qədirbilənlik, qayğıkeşlik, mərhəmət və insani duyğular yaşada bilir, əməlləri aydın və işıqlıdır.
Biz qatardayıq, ömür adlı bir qatarda. Gecəni gecə, gündüzü gündüz kimi qarşılayıb, yol gedirik. Bu qatarın sərişin qatarından fərqi ondadır ki, harada və nə zaman, necə düşəcəyimizi bilmirik. Biləcəyimiz odur ki, böyür-başımızda olan sərnişinlərin dəyişdiyini, yeniləri ilə əvəz olunduğunu görürük, hiss edirik. O əvəzolunmada doğmalarımızı, əzizlərimizi və ailə üzvlərimizi də görüb, dərin hörmət və ehtiramla yad edirik.
Hamımız ömür adlı bir qatardayıq. Bəzən bu qatarda ya bir-birimizi görmürük, ya da görmək istəmirik. Elə ki, eşidirik bir dost, bir qohum ömür adlı qatarın son dayanacağındadır, son mənzilə gedir, yalnız o zaman xatirələr çözələnir, təsirlənirik, üzülürük...
Ey vətən övladı, itirmə qədirbilənliyini, itirmə dostluğunu, sədaqətini, etibarını! Bu həyat qəribə və təzadlıdır.Qəlbini sevgi ilə doldur. Qəlbindəki o sevgi səni uca tutacaq, ömür qatarının son dayanacağında sevgi ilə anılıb, sevgi ilə xatırlanacaqsan!
Ömür qatarının 75 illik yolçusu kimi tövsiyyə edirəm:
Gördün ki qar yağıb, donubdur həyat.
Kəsilib çal çağır, yoxdur toy-büsat,
Cənazə aparır əldə camaat.
Daha bundan sonra axtarma məni


Qənimət Eynullayev,
Şair-pedaqoq.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR