dini radikalizm və ekstremizmlə mübarizə

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Suriya və Almaniya Prezidentləri Əhməd əş-Şəraa və Frank-Valter Ştaynmayer Berlində ikitərəfli münasibətləri və müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Bu barədə SANA agentliyi xəbər verir.

"Hər iki tərəf əməkdaşlığın genişləndirilməsində və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər", - agentlik qeyd edir.

Əhməd əş-Şəraa həmçinin Berlində keçirilən Alman-Suriya biznes forumunda iştirak edib.

O, Suriyanın ölkəyə investisiyaları stimullaşdırmaq məqsədilə investisiya qanunvericiliyinə əhəmiyyətli düzəlişlər etdiyini bildirib.

"Biz Suriyaya investisiyaları sadələşdirmək və təşviq etmək üçün investisiya qanununa çoxsaylı düzəlişlər etmişik", - o qeyd edib və ölkənin "infrastruktura və neft-qaz ehtiyatlarına əhəmiyyətli investisiya imkanları təklif etdiyini" əlavə edib.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR