dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə əsrin dələduzluğu: 511 milyonu toplayıb Uruqvaya qaçan Mehmet Aydın Azərbaycanda kimləri aldadıb?

 Türkiyədə əsrin dələduzluğu: 511 milyonu toplayıb Uruqvaya qaçan Mehmet Aydın Azərbaycanda kimləri aldadıb?


Türkiyədə keçmiş restoran qabyuyanı və arıçılıq təsərrüfatının fəhləsi Mehmet Aydın qurduğu misli görünməmiş dələduzluq sxemi sayəsində on minlərlə insandan 511 milyon TL pul toplayaraq Uruqvaya qaçıb.

Virtualaz.org xəbər verir ki, bu qalmaqal günlərdir Türkiyə gündəminin əsas mövzularından biridir.

27 yaşlı Mehmet Aydın əvvəlcə internetdə "Çiftlik bank” adlı oyun yaradıb. Bu oyuna qatılanlar "virtual heyvan” alaraq onları Aydının qurduğu virtual "fermada” saxlayır və bir müddət sonra həmin "heyvanların” satışından gəlir əldə edirdi. Mehmet Aydın virtual aləmdə bu oyun sayəsində bir miqdar pul toplayır və cəmi 4-5 ay sonra Bursanın İnegöl qəsəbəsində özünə 250 baş iribuynuzlu heyvan tutumlu real ferma açır. Və qurduğu oyunu real investisiya bankına çevirir. Onun bankı müştərilərinə hər 1000 TL yatırım üçün 1 il sonra 1200-1800 TL təmiz gəlir vəd edirdi.
Şila Aydın deyir ki, əri Azərbaycan və digər xarici ölkələrdəki müştərilərinin gözündə sanballı görünmək üçün Dubayda da şirkət qurmuşdu. Bu şirkətdə səhmlərin 30 faizini öz adına, qalanını isə şirkətinin Türkiyə baş direktorunun oğlunun adına rəsmiləşdirmişdi. O, ərini sonuncu dəfə bu il yanvarın 3-də İstanbulda gördüyünü deyib.

Mehmet Aydın isə üç gün əvvəl Uruqvaydan səs yazısı yayaraq aldatdığı müştərilərinə "keçmiş olsun” mesajı göndərib, habelə bildirib ki, onların pullarını bitkoinlə qaytaracaq.

Oxunub: 990
Oxşar xəbərlər
SON XƏBƏRLƏR