Avstraliyanın Sidney şəhər sakini instaqramda şəxsi hesab açdığı ilk 10 ayda 250 min dollar qazanıb. Lenta.ru saytının xəbərinə görə, o, sözügedən şəbəkədə şəxsən hazırladığı bikini və digər məhsulları reklam edirmiş.
21 yaşlı Nina Perera universiteti bitirəndən sonra şəxsi işini qurmaq istəyib. Avstraliyalı qız daha öncə ofisiant kimi çalışıb. Ondan bir il sonra isə Neon Model Management adlı agentlik açıb. Bu agentlikdə 120 model və 200 bloqqer çalışıb. Manekenlər arasında yer alan Qabbi Epşteynin isə 1,4 milyon nəfər izləyicisi olub.