dini radikalizm və ekstremizmlə mübarizə

Gələn il üçün dövlət investisiya proqramı hazırlanacaq

Gələn il üçün dövlət investisiya proqramı hazırlanacaq

İqtisadiyyat Nazirliyi sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərinin ilkin layihəsini hazırlayıb 2022-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2022-ci il iyulun 1-dək ölkənin şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri ilə bağlı 2021-ci il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları da Maliyyə Nazirliyinə təqdim etməlidir.

Oxunub: 575
Oxşar xəbərlər
SON XƏBƏRLƏR