dini radikalizm və ekstremizmlə mübarizə

Bu il azərbaycanlıların Türkiyədə nə qədər şirkət açdığı məlum oldu

Bu il azərbaycanlıların Türkiyədə nə qədər şirkət açdığı məlum oldu

Bu ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitallı 70 şirkət təsis olunub.

Yeniavaz.com Türkiyə KİV-nə istinadən bildirir ki, ilin ilk 3 ayında təsis olunan xarici kapitallı şirkətlərin sıralamasında Azərbaycan 8-ci sırada olub.
Yanvar-mart ayıarında Türkiyədə İran kapitallı 200, Suriye kapitalı 124, İordaniya kapitallı 84, Liviya, Almanya və Pakistan kapitallı 73, Livan kapitallı isə 72 şirkət qurulub.
Azərbaycandan sonra Türkiyədə ən çox Misir (67), İraq (65), ABŞ (51) Birləşmiş Ərəb Əmirlikləri (42) və Səudiyyə Ərəbistan (41) kapitallı şirkətlər təsis olunub.
Türkiyəyə ən çox sərmayə qoyan ölkə isə Qətər olub. Qətər ilin ilk 3 ayında Türkiyəyə 816,6 milyon lirə kapital qoyub. Bundan başqa Hollandiya 231,9 milyon, İran 61,7 milyon, İordaniya 60 milyon, Suriyə 58,7 milyon, Səudiyə Ərəbistanı 52,1 milyon, Almanya 40,3 milyon, İraq isə 31,9 milyon lirə sərmayə yatırıb.

Oxunub: 542
Oxşar xəbərlər
SON XƏBƏRLƏR