dini radikalizm və ekstremizmlə mübarizə

AİB bu il Azərbaycanın xarici dövlət borcunun azalacağını gözləyir

AİB bu il Azərbaycanın xarici dövlət borcunun azalacağını gözləyir

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-dəki payı 20%-dək enəcək.

Djb.az xəbər verir ki, "APA-Economics"in AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə bu göstəricinin ÜDM-in 18,4%-nə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dünya Bankının yeni proqnozuna əsasən, 2021-ci ildə ölkənin xarici dövlət borcu ÜDM-in 17,1%-ni, 2022-ci ildə isə ÜDM-in ÜDM-in 16,7%-nə təşkil edəcək. Bundan əlavə, "Moody's Investors Service" şirkəti bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4%-nə bərabər olacağını proqnozlaşdırır.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib. 2019-cu ilin yekunlarına əsasən isə bu göstərici 8,927 mlrd. dollar və ya ÜDM-in 19%-nə bərabər olub.

Oxunub: 550
Oxşar xəbərlər
SON XƏBƏRLƏR