dini radikalizm və ekstremizmlə mübarizə

Uyğunluq sertifikatının verilməsi qaydası müəyyənləşib

Baxış Sayı:154

Uyğunluq sertifikatının verilməsi qaydası müəyyənləşib

Nazirlər Kabineti “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, milli standartlaşdırma qurumu “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs, uyğunluğun qiymətləndirilməsi malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi, uyğunluğun qiymətləndirilməsinin obyektləri - mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodlarıdır.

Uyğunluq sertifikatının aşağıdakı formaları tərtib edilir:

- malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı;

- mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı.

Həmin uyğunluq sertifikatlarında aşağıdakı məlumatlar göstərilir:

- sertifikatın adı;

- sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi;

- blankın qeydiyyat nömrəsi;

- sertifikatın verilmə tarixi;

- sertifikatın qeydiyyat nömrəsi;

- sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı;

- standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi;

- sertifikatın verilmə əsası;

- əlavə məlumat (olduqda);

- akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı;

- möhür yeri (olduqda).

Bunlardan əlavə, malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir. Uyğunluq sertifikatı dövlət dilində tərtib edilir. Dövlət dilində tərtib edilmiş uyğunluq sertifikatı digər dillərə tərcümə edildikdə tərcümənin düzgünlüyü notariat qaydasında təsdiqlənməlidir.

Uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatı ilə təmin edilmiş uyğunluğun qiymətləndirilməsinin obyektlərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanı tətbiq edilə bilər. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz.

Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə müşayiət olunmaya bilər. Uyğunluq sertifikatı ilə təmin edilmiş malın partiyası uyğunluq sertifikatının surəti ilə müşayiət edilir. Uyğunluq nişanı aydın görünən olmalı və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malın uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə sertifikatlaşdırılmamış mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edildikdə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin iştirakı ilə tətbiq edilmək üçün hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən tamamilə məhv edilmə ilə nəticələnən, onların sonrakı bərpası və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR