dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədən Naxçıvana qaz kəməri çəkiləcək

Türkiyədən Naxçıvana qaz kəməri çəkiləcək

Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. “İki sahil” xəbər verir ki, "BOTAŞ"-ın məlumatına görə, tender təklifləri iyun ayının 30-dək (Bakı vaxtı ilə saat 15:00-dək) qəbul ediləcək. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir. Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

Oxunub: 475
Oxşar xəbərlər
SON XƏBƏRLƏR