Azərbaycan bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 9,4 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 24,53 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3% artım qeydə alınıb.
Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,2%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.
Oxunub: 555