“Bu il Azərbaycanda 6-7 min ailə özünəməşğulluq proqramına cəlb olunacaq”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2017-ci il ərzində 1300-ə yaxın ailə özünəməşğulluq proqramına qoşulub.
S.Müslümov vurğulayıb ki, “İşsizlikdən sığorta haqqında”qanunun qəbulundan sonra toplanan sığorta fondunun 40 faizi özünəməşğulluq proqramlarına yönəldiləcək.