Ermənistanda, Sisian-Qafan yolunun 7-ci kilometrliyində “Iveco” yük maşınının qəzaya uğraması nəticəsində 1974-cü il təvəllüdlü sürücü, İran vətəndaşı ölüb.
Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, hadisə noyabrın 22-də Şambski su elektrik stansiyası rayonunda baş verib. Yük maşını Vorotan çayına yuvarlanıb. Xilasedicilər sürücünün meyitini avtomobildən çıxarıblar.
Oxunub: 23