dini radikalizm və ekstremizmlə mübarizə

DİN: Goranboyda intihara cəhd edən şəxsi xilas edən polislər xəsarət alıb

DİN: Goranboyda intihara cəhd edən şəxsi xilas edən polislər xəsarət alıb

Daxili İşlər Nazirliyi (DİN) dünən Goranboy rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhdlə bağlı məlumat yayıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, DİN-in məlumatında bildirilib ki, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.

Oxunub: 1 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR